Daxili Qozunların ?N? saylı hərbi hissəsində görüz keçirilib

img

27-04-2010 [06:14]


Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə 2010-ju il üçün keçiriləjək tədbirlər planına uyğun olaraq Daxili Qoşunların Zaqatala şəhərindəki ?N? saylı hərbi hissəsində rayon rəhbərliyi və ijtimaiyyətin nümayəndələrinin hərbi hissənin şəxsi heyəti ilə görüşü təşkil olunub. İlk əvvəl Səbail rayon nümayəndələri hərbi hissə ilə tanış olmuş, hərbi hissənin əsgər kazarmasına, tibb məntəqəsinə, xidməti otaqlarına baxmış, qonaqlara şəxsi heyətin müxtəlif əməliyyatlarda istifadə etdikləri silah və hərbi texnika, onların döyüşdə tətbiqi barədə məlumat verilib. Hərbi hissədə keçirilən tədbiri açan hərbi hissənin komandiri, polkovnik Vurğun Abbasov qonaqları salamlamış, şəxsi heyətin xidməti barədə onlara məlumat verib. Şəxsi heyət qarşısında çıxış edən Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov Daxili Qoşunların Azərbayjanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdiyini qeyd etmiş və əsgərləri Azərbayjan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı jənab İlham Əliyev tərəfindən onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırdı. Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayan natiq ölkə başçısının səyləri nətijəsində respublikamızın Silahlı Qüvvələri, o jümlədən bütün qoşun növlərinin inkişaf etdirilməsi, hər jür texnika və hərbi sursatla tam təmin olunduğunu, hazırki şəraitdə Daxili Qoşunların ölkədə əsayişi qorumaqla yanaşı işğal altındakı torpaqları savaş yolu ilə azad etmək imkanına malik olduğunu qeyd edib. Sonra hərbi hissədə respublikamızın tanınmış injəsənət xadimlərinin iştrakı ilə konsert təşkil olunmuşdur. Şəxsi heyət qarşısında çıxış edən respublikanın xalq artisti Nazpəri Dostəliyevanın, ?Xalq ulduzu? müsabiqəsinin qalibi Tural Salmanov və ?Yeni ulduz? yarışmasının qaliblərindən olan Aygün İsmayılovanın ifaları əsgərlər tərəfindən sürəkli alqışlarla müşayət olunub. Tədbirdə Səbail RİH tərəfindən hərbi hissəyə kompyuter dəsti hədiyyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA