Yevda Abramov: "Qondarma ?erməni soyqırımının? israil parlamentində qəbul olunması real deyil"

img

27-04-2010 [04:44]


"Aprelin 28-də qondarma ?erməni soyqırımı? məsələsinin İsrail parlamentində gündəliyə daxil edilib-edilməməsi məsələsinə baxılacaq. Bu, Knessetdə "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılması demək deyil. Ona görə də ciddi narahatçılığa ehtiyac yoxdur". Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov deyib. Y.Abramov bildirib ki, İsraillə Azərbaycan, eləcə də Türkiyə arasında dostluq münasibətləri yüksək səviyyədədir. Bütün bunları nəzərə alsaq, qondarma "erməni soyqırımı" ilə bağlı Knessetdə hər hansı qərarın qəbulu real deyil. "Biz İsrail parlamentindəki həmkarlarımızla əlaqə saxlamışıq və onlar əmin ediblər ki, iki il yarım əvvəl olduğu kimi məsələ gündəliyə salınmayacaq" deyə komitə sədrinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA