Əbülfəs Qarayev Misirin MDB ölkələri ilə Texniki Əməkdazlıq Fondunun sədri qəbul edib

img

27-04-2010 [03:09]


Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri Samah Setohini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir Əbülfəs Qarayev Azərbaycan kitabxana, muzey, eləcə də digər sahələrdə çalışanların Misirdə lazımi hazırlıq keçməsi istiqamətində əməkdaşlıq etmək istəyini dilə gətirib. Qonaq Samah Setohi də öz növbəsində Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyədə həyata keçməsinin arzusunda olduğunu deyib. Hər iki ölkə təmsilçisi bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar. Qeyd edək ki, Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri Samah Setohinin ölkəmizə səfəri aprelin 28-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA