Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreyada səfərdədir

img

27-04-2010 [01:58]


Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının hakim Hannara partiyasının dəvəti ilə bu ölkədə səfərdədir. Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin aprelin 27?də başlanmış rəsmi səfər çərçivəsində Koreya Respublikasının Baş naziri Çanq Vun Can, Milli Assambleyanın sədri Kim Hyonq?o, Koreya Respublikasını Milli Assambleyasında Hannara partiyasının deputat fraksiyasının rəhbəri Ahn Sanq Soo, Koreya?Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq?su, Koreya Respublikası Prezidentinin siyasi məsələlər üzrə baş müşaviri Bak Hyunq Cun ilə görüşləri nəzərdə tutulub. Səfərin yekunu olaraq, paytaxt Seulda Yeni Azərbaycan Partiyası ilə Koreya Respublikasının hakim Hannara partiyası arasında Memorandum imzalanacaq. YAP nümayəndə heyətinin Koreya Respublikasına səfəri aprelin 30 ? da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA