Müsavat ?Azadlıq? blokunun aksiyasının dağıdılmasını kəskin pisləyib

img

27-04-2010 [11:00]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ötən il aprelin 30-da ADNA-da törədilmiş dəhşətli terror hadisəsinin ildönümü ilə bağlı müzakirələr aparılıb. Divan terror nəticəsində həlak olanların xatirəsinin ehtiramla yad edilməsini, onların xatirəsinin əbədiləşdirilməsini, o cümlədən, tələbə və gənclərin bu münasibətlə keçirəcəkləri aksiyalara mane olmamağı tələb edib. Müsavat Gənclər Təşkilatının bu yöndə göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib. Toplantıda ?Azadlıq? blokunun Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə keçirmək istədiyi etiraz piketinin dağıdılması kəskin şəkildə pislənib, həbs edilənlərin azad edilməsi və bir daha hakimiyyəti insan azadlıqlarına əməl etməsi tələb olunub. Avropa İnsan Haqları Məhkəməsinin ?Gündəlik Azərbaycan? qəzetinin Baş redaktoru Eynulla Fətullayevin işini araşdıraraq, onun dərhal həbsdən azad edilməsi qərarını verməsi çox önəmli bir hadisə kimi qiymətləndirilib. Divan qeyd edib ki. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı Azərbaycanda məhkəmənin müstəqil olmadığını, ümumiyyətlə hüquq-mühafizə orqanlarının hakimiyyətin əlində fərqli düşüncələrə qarşı bir cəza sistemi olduğunu bir daha təsdiq edib. Hakimiyyətdən AİHM-nin qərarına əsasən Eynulla Fətullayevin dərhal azad olunması tələb edilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA