"Mən Vətənimi Sevirəm" adlı vətənpərvərlik mövzusunda konsert keçirilib

img

26-04-2010 [05:31]


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Slavyan Universitetinin "Tələbə Gənclər Təşkilatı" və "Müasir İnkişaf İctimai Birliyi" gəncliyimiz üçün son dərəcə vacib bir layihəyə imza atıblar. Hər üç qurumun dəstəyi ilə "Mən Vətənimi Sevirəm" adlı konsert reallaşıb. Konsertdə səslənən bütün mahnılar vətənpərvərlik mövzusunda olub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, qurum torpaqlarımız azad olunana qədər hərbi vətənpərvərlik mövzusuna xüsusi önəm yetirəcək: "Məqsədimiz bu konsertlər vasitəsilə ərbi vətənpərvərlik hisslərini yüksəltmək, tələbələr arasında istedadlı şəxsləri müəyyən etmək, eyni zamanda ali məktəb tələbələrinin bir - biri ilə daha sıx təmasının qurulmasına nail olmaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA