ADP deputatlığa namizədlərini müəyyən etməyə bazladı

img

26-04-2010 [04:38]


Bu gün ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində baş vermiş və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələrdə son zamanlar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi istiqamətində Azərbaycan iqtidarının apardığı siyasəti birmənalı olaraq pislənilib. Eyni zamanda ABŞ-ın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyi, bölgə problemlərində ikili standart xətti yürütməsi, açıq-aşkar ermənipərəst mövqe tutması da İdarə Heyətinin üzvləri tərəfindən tənqid olunub. Müzakirələrdə həmçinin qeyd edilib ki, iqtidarın Azərbaycanla ABŞ münasibətlərini gərginləşdirmək istiqamətində siyasət yürütmək əvəzinə Azərbaycan hökuməti Amerika ilə daha ciddi əlaqələr qurmalı və onun ermənipərəst mövqeyini zəiflətməlidir. Türkiyənin ATƏT-in Minsk qurupunda həmsədrliyi ilə bağlı səslənən təşəbbüslərə münasibət bildirən İdarə Heyəti bu məsələnin ADP tərəfindən dəfələrlə qaldırıldığını bildirib. Bu məsələnin hətta Rusiyanın siyasi gündəmində müzakirə olunmasına diqqət çəkən toplantı iştirakçıları Azərbaycan dövlətini bu məsələyə dəstək verməyə və Türkiyənin Minsk qrupunda təmsil olunması üçün daha ardıcıl səylər göstərməyə çağırıb. İdarə Heyəti həmçinin qeyd edib ki, Türkiyənin Minsk qrupunda təmsil olunması adı çəkilən qrumun ermənipərəst mövqeyində tarazlıq yaradar və problemin ədalətli həllinə yardımçı olar. Toplantıda son vaxtlar Azərbaycan iqtidarının Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq müstəvisində həll edilməsinin vacibliyi ilə bağlı verdiyi bəyanatlar da müzakirə predmeti olub. İdarə Heyəti bildirib ki, ADP dəfələrlə bu problemin beynəlxalq hüquq müstəvisində həll olunmasının vacibliyini qeyd edib və hakimiyyətin bu məsələ ilə bağlı mövqeyini müdafiə edir və ADP-nin Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq müstəvisində daha ədalətli həll olunmasına olan inamından dolayı hakimiyyəti də bu istiqamətdə daha ciddi səylər göstərməyə çağırıb. Toplantı iştirakçıları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ?Gündəlik Azərbaycan? və ?Realnı Azerbaydcan? qəzetlərinin həbsdə olan Baş redaktoru Eynulla Fətullayevin işi üzrə çıxardığı qərara münasibət bildirib və bu qərarı ədalətin təntəsi kimi xarakterizə ediblər. Azərbaycan hakimiyyətini bu qərarı yerinə yetirərərək Eynulla Fətullayevi azadlığa buraxmağa çağıran toplantı iştirakçıları eyni zamanda qeyd ediblər ki, Eynulla Fətullayevə qarşı dövlətin tutduğu mövqe Azərbaycan dövlətinin bir curnalistdən gücsüz olduğu illuziyasını yaradır və Azərbaycan dövlətini gülünc vəziyyətə salır. Toplantıda dövlət başçısı İlham Əliyevin ötən həftə Müdafiə Nazirliyində keçirdiyi müşavirə də müzakirə olunub. İdarə Heyəti qeyd edib ki, müharibə şəraitində olan ölkəmiz üçün bu tipli müşavirələrin keçirilməsi təqdir olunmalıdır, eyni zamanda bu cür müşavirələr mütəmadi keçirilməli lakin bu müşavirələr formal xarakter daşımamalı, ordu quruculuğundakı problemlərin həllində və orduda baş verən neqativ halların qarşısının alınmasına yönəlməlidir. 24 aprel ?qondarma erməni genosidi? günü ilə bağlı ABŞ prezidenti Barak Obamanın müraciətinə toxunan toplantı iştirakçıları super bir dövlətin riyakar erməni fitnəsinin əlində alətə çevrilməsindən təəssüfləndiyini bildiriblər. Eyni zamanda qeyd edilib ki, ermənilər üçün maddi gəlir mənbəyinə çevrilən ?qondarma erməni genosidi?nin qabardılması regional təhlükəsizlik və əməkdaşlıq üçün real təhlükədir. Toplantı iştirakçıları Pakistan Respublikasının Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayan Ermənistanın müstəqilliyini tanınmaması faktına diqqət çəkib və digər müsəlman ölkələrini də bu cür analoci addımlar atmağa çağırıb. İdarə Heyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və Dağlıq Qarabağ problemin ədalətli həllində Bakıda dünya dini liderlərinin toplantısını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Ötən həftə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə toxunan İdarə Heyəti bildirib ki, bu düzəliş kommunal borcların yığılmasında olan problemlərin aradan qaldırılmasına xidmət etsə də, bundan sui-istifadə hallarına yol veriləcəyi təqdirdə vətəndaşlar arasında haqlı narazılıqların olması da qaçılmaz olacaq. Buna görə də İdarə Heyəti bu düzəlişin icrasına müvafiq dövlət qurumlarının ciddi nəzarət etməsinin vacibliyini bildirib. Müzakirələr zamanı Şimali Kipr Türk Jümhuriyyətində ötən həftə keçirilən prezident seçkiləri zamanı Ulusal Birlik Partiyasının lideri Dərviş Əroğlunun prezident seçilməsi münasibəti ilə bu ölkənin Ölkəmizdəki nümayəndəliyinə təbrik məktubunun göndərilməsi də qərara alınıb. Toplantıda ikinci məsələ kimi qarşıdan gələn parlament seçkilərinə partiyanın hazırlıq məsələləsi müzakirə olunub. Müzakirələr zamanı partiyanın 2010-cu il parlament seçkilərində 11 seçki dairəsi üzrə namizədləri müəyyən olunub. Bunlar aşağıdakılardır: - 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Sərdar Jəlaloğlu ADP sədri - 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə Həsrət Rüstəmov ADP sədrinin birinci müavini - 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Taliyət Əliyev ADP sədrinin müavini - 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Vaqif Şirinov ADP Ali Məclisinin sədri - 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə Rəşid Mənsurov ADP sədrinin müavini - 25 saylı Nizami ikinci seçki dairəsi üzrə Nurəddin İsmayılov ADP sədrinin müavini - 34 saylı Xətai ikinci seçki dairəsi üzrə Zakir Hüseynov ADP sədrinin müavini - 45 saylı Abşeron seçki dairəsi üzrə İsa Jəfərov ADP Ali Məclisinin sədr müavini - 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Eldəniz Xudiyev ADP Sabunçu RT-nın sədri - 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə Babək Sadıqov ADP Ali Məclisinin üzvü - 59 saylı Salyan seçki dairəsi üzrə Emil Məmmədov ADP Salyan RT-nın sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA