ümid Partiyasında mitinqə hazırlıq gedir

img

26-04-2010 [01:25]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. İclasın gündəliyi ölkədəki ictimai-siyasi vəziyyət, 1 may mitinqinə hazırlıq, Mərkəzi Seçki Komissiyasının seçki dairələrinin formalaşdırılmasında qeydə alınan qeyri-müəyyənliklər və digər təşkilati məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk olaraq çıxış edən partiya sədri, millət vəkili İqbal Ağazadə ölkədəki son proseslərə münasibətini bildirib. Seçki ilində demokratikləşmə prosesinin vəziyyəti, ölkəmizə beynəlxalq münasibət, paytaxtda və əyalətdə seçki hazırlıqları və s. bu kimi məsələlər partiya funksionerləri tərəfindən müzakirə olunub. Gündəlikdə duran ikinci məsələ Ümid Partiyasının təyin etdiyi 1 may şənbə günü saat 15:00 mitinqinə hazırlıqla bağlı müzakirələr oldu. Mitinq Komitəsinin hesabatı dinlənildi və qənaətbəxş hesab edildi. Daha sonra iclasda seçki dairələrinin formalaşdırılmasına qeydə alınan qeyri-müəyyənliklər ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, seçicilərin sayı ilə dövlət orqanların rəsmi saytlarında bildirilən əhali sayları arasında fərq mövcuddur. Qeyd olunan qeyri-müəyyənliklərlə bağlı Ümid Partiyasının MSK-da təmsil olunan nümayəndəsi Akif Qurbanova məlumat verildi. Iclas təşkilati məsələlərin müzakirəsi ilə başa çatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA