?Azadlıq? bloku aksiya keçirdi: polis müdaxilə etdi, 30 nəfər tutuldu

img

26-04-2010 [12:33]


Bu gün ?Azadlıq? blokuna daxil olan partiyaların nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiyaya başlamaq istəən blok nümayəndələrinin qarşısı pols tərəfindən alınıb. Belə ki, 30 nəfər ?İçəri Şəhər? metrostansiyasının qarşısında saxlanılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavini Nurəddin Məmmədli, ALP sədr əvəzi Əvəz Temirxan da var. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov bildirib ki, bu gün saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə görüşüb. Onun sözlərinə görə, 15-20 dəqiqə çəkən görüş nəticəsiz qalıb: ?Mənə dedi ki, Bakıda dünya dini liderlərinin sammiti keçirilir, aksiyanın keçirilməsi məqsədəuyğun deyil. Mən aksiya keçirməkdə israrlı olduğumuzu dedim. O da aksiyanın qarşısını alacağını dedi?. Məlumat üçün qeyd edək ki, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu ?Azadlıq? blokunun piketinin əsas tələbi sərbəst toplaşmaq azadlığının təmin olunması və aksiyalara icazə verilməsidir. Hazırda İcra Hakimiyyəti istiqamətində gediş-gəliş məhdudlaşdırılıb. İçərişəhər metrosundan və İqtisad Universiteti tərəfdən piyadaların hərəkəti dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA