YAP qondarma ?erməni soyqırımı? ilə əlaqədar ?Əsrin saxtakarlığı? mövzusunda dəyirmi masa keçirib

img

24-04-2010 [02:26]


Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə qondarma ?erməni soyqırımı? ilə əlaqədar ?Əsrin saxtakarlığı? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dəyirmi masada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın fəalları iştirak ediblər. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, qondarma ?soyqırımı? məsələsi ermənilərin yalan üzərində qurulmuş siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, əslində tarix boyu ermənilər türklərə və azərbaycanlılara qarşı qırğınlar törətsə də, dünyaya özlərini məzlum xalq kimi təqdim etməyə çalışırlar. YAP Sədrinin müavini təəssüflə qeyd edib ki, bəzən erməni yalanlarına dünyada inananlar da tapılır. ABŞ Konqresinin Nümayəndələr Palatasının və İsveç parlamentinin xarici əlaqələr komitəsində qondarma ?erməni soyqırımı?nın tanındığını xatırladan Əli Əhmədovun fikrincə, bəzi dövlətlər tərəfindən tarixdə həqiqi izləri olmayan məsələyə-uydurma ?erməni soyqırımına? bu qədər önəm verilməsi təəssüf doğuran haldır. Onun sözlərinə görə, əslində bu fakt, tarixin saxtalaşdırılmasına dəstək kimi qiymətləndirilməlidir?. ?Saxta məsələnin müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. Tarixin saxtalaşdırılmasına bəzi dövlətlər tərəfindən dəstək verilməsi əslində, bundan sonra da, bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirə bilər. Digər tərəfdən belə bir sənədin qəbul olunması, yaxud bu istiqamətdə cəhdlərin göstərilməsi Türkiyəyə təzyiq üsullarından istifadə edilməsinə işarədir. Uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilmiş addım olacaqsa, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı çevrilmiş addım olacaq. Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır? deyə YAP Sədrinin müavini vurğulayıb. Tədbirdə Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, tarixçi alimlər çıxış edərək qondarma ?erməni soyqırımı?nın tarixi saxtakarlıq olduğunu, tarixi həqiqətləri əks etdirmədiyini vurğulamış, bu çirkin oyundan qardaş Türkiyəyə qarşı təzyiq kimi istifadə olunduğu qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA