AiDP hakimiyyətin anti-ABŞ siyasətini dəstəkləyir

img

24-04-2010 [01:11]


?Biz İslamçı Demokrat olaraq iqtidarın ABŞ-a qarşı alternativ siyasət yürütməsini dəstəkləyirik. Dövlətçilik və Qarbağ xatirinə reallığa uyğun olaraq iqtidarın belə mövqeyi kifayət qədər cəsarətli addımdır. Son vaxtlar iqtidarın Türkiyəyə münasibətlərində yaxşıl?ğa doğru dəyişilməsi də uğurlu sayılmalıdır?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı bildirib. Qarabağ probleminin ABŞ və Rusyanın region uğurunda apardıqları mübarizənin nəticəsində yarandığını deyən AİDP sədri hesab edir ki, bu ölkələrin təmsil olunduğu Minsk qrupundan ədalətli mövqe gözləmək yersizdir: ?Biz 20 ildir münaqişənin həllinə çalışdıqlarını bəyan edən ABŞ və Rusyanın regionda apardıqları ikili siyasətin əleyhinə mövqe bildirmişik. Qüdrətli dövlətlərin Azərbaycana munasibətdə səmimi olmadıqlarını dəfələrlə bildirmişik. ABŞ nə qədər qüdrətli görünsə də təcrübə göstərir ki, ədalət baxımından çox zəifdir. Ötən illərin təcürbəsi göstərdi ki, ABŞ iqtisadi və strateji maraqlarını,demokratiya və ədalət maraqlarına heç vaxt qurban verməz. Bu mənada xislətində zalımlıq,zülm,işğalçılıq,riyakarlıq,təkəbbürlük və sair kimi naqislik sərgiləyən kimliyindən aslı olmayaraq yox cavabını almalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA