Müxalifət partiyaları birgə bəyanat verdilər

img

23-04-2010 [04:57]


?Məlum olduğu kimi, cari ilin may ayının 26-da Dağlıq Qarabağın separatçı rəhbərliyi parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Azərbaycan müxalifəti olaraq işğal olunmuş Azərbaycan ərazilərində parlament seçkilərinin keçirilməsini pisləyir və dünya birliyinə müraciət edərək qondarma qurumda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı sərt münasibət bildirməyə çağırırıq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər AMİP-in qərargahında dəyirmi massa keçirən müxalifət partiyalarının müxalifətinin qondarma Dağlıq Qarabağda keçiriləcək parlament ?seçkiləri? ilə bağlı birgə bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, ötən illərin təcrübəsi göstərir ki, bəzi ölkələr separatçı rejimə dəstək nümayiş etdirmək məqsədilə keçirilən seçkilərə müşahidəçi göndərməkdən belə çəkinmirlər. Belə halların təkrarlanması isə həmin dövlətlərlə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə və separatçı meyllərin güclənməsinə xidmət edəcək. Dağlıq Qarabağın separatçı rejiminin seçki keçirmək cəhdi həm də regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir . Ümüd edirik ki, dünya birliyi beynəlxalq hüquq normalarına, qəbul edilmiş ümumi prinsiplərə zidd olan, dövlətlərin ərazi bütövlüyünü və süveren hüquqlarını pozan bu kimi addımların atılmasına imkan verməyəcək. Eyni zamanda müxalifət partiyaları olaraq biz Azərbaycan hakimiyyətindən işğala son qoyulması və dövlət suverenliyinin bərpası istiqmətində qəti qərarlar verməsini tələb edirik. Azərbaycan Milli İstiqlal Partiyası , Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, ?Ədalət? Partiyası, Vətəndaş Həmrəyli Partiyası.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA