3 may, Türklük günü Suqovzana yürüz olacaq

img

23-04-2010 [02:56]


May ayının 3-də Türklük Günündə ölkənin tanınmış ziyalıları, siyasət adamları, baş redaktorların iştirakı ilə Sabirabad rayonu ərazisində yerləşən Kür və Araz çaylarının birləşdiyi məkana yürüş təşkil ediləcək. Müstəqil İnformasiya Agentliyininxəbərinə görə, təşkilatçılıq ümumi prinsiplərlə həyata keçiriləcək. Yürüş zamanı Sabirabad rayonu, Cavad kəndi ərazisində yerləşən Suqovşan deyilən ərazidə törən təşkil olunacaq. Səfər zamanı Azərbaycanın bayraqları qaldırılacaq və türkçülüklə bağlı olaraq söhbətlər təşkil olunacaq. Bü yürüşdə iştirak etmək istəyən hər bir türk millətçisi dəvətlidir. May ayının 2-də artıq səfərdə iştirak edəcək şəxslərin siyahısı hazırlanacaq. Bundan sonra mayın 3-də səhər saatlarında yürüş təşkil olunacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir. İştirak etmək istəyənlər 050-386-76-26 saylı telefona müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA