Uzaq muğam ifaçılarının V respublika müsabiqəsi bazladı

img

23-04-2010 [01:28]


Uşaq muğam ifaçılarının V respublika müsabiqəsinin keçirilməsi barədə müvafiq əmr imzalanıb. Müstəqil İnformasiya Agentliyi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqə mayın 17-dən 21-dək Astara şəhərində keçiriləcək. Müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır. Müsabiqənin münsiflər heyətinə respublikanın xalq artistləri Canəli Əkbərov (sədr), Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva daxil edilib. İki mərhələ üzrə keçiriləcək müsabiqənin I turu mayın 11-dək şəhər və rayon mədəniyyət evlərində, II tur isə mayın 17-21-də Astarada baş tutacaq. Bu mərhələdə müsabiqənin qalibləri müəyyən olunacaq. İlk 4 yerin qalibinə pul mükafatı, diplom və laureat adı veriləcək. Bundan başqa, 5 həvəsləndirici mükafat da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA