"NUR? Uzaq və Gənclərin ictimai Birliyi uzaqları maarifləndirir

img

23-04-2010 [12:41]


"NUR? Uşaq və Gənclərin İctimai Birliyi 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunmuş müddəaların və təkliflərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. MİA-nın xəbərinə görə, Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları qərara almışdılar ki, uşaqlar sağlamlıqları ilə əlaqədar üzləşə biləcəkləri təhlükənin azaldılması üçün dəqiq informasiya və xidmətlər ilə təmin edilməli, həyati bacarıqlara yiyələnməli, HİV/AİDS-lə bağlı məlumat alma imkanına malik olmalı və uşaqların yaşaması üçün təhlükəsiz və qayğıkeş mühit yaradılmalıdır. Bu istiqamət üzrə "NUR" UGİB, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası ?Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara? adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi çərçivəsində Bakı şəhərində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlim təşkil edəcək. Təlimin keçirilməsində başlıca məqsəd gənclər arasında Sağlam Həyat Tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Təlimdə 14-18 yaşlı 30 iştirak edəcək və fərqlənən iştirakçılar Diplomla təltif olunacaqlar. Təlim 24 aprel 2010-cu il tarixdə saat 11.00-da ?Buta? Gənclərə Dostluq Sağlamlıq Mərkəzində keçiriləcək. ?NUR? UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə ?STAYING ALIVE AWARD? mükafatı ilə təltif olunub. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən ?Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara? adlı Həmyaşıdan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcəkdir. BMT-nin Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasının Yekun sənədində 15-24 yaşlı gənclərin ən azı 95%-ni həmyaşıddan-həmyaşıda təhsil, HİV/AİDS, HİV infeksiyasına qarşı həssaslığı azaltmaq üçün yaşam bacarıqlarına dair informasiya ilə təmin etmək məqsəd olaraq təsbit olunub

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 22.05.2025

Xəzərdə zəlzələ olub