TDT LİDERLƏRİNİN BUDAPEŞT ZİRVƏSİ: Şərqə, yoxsa Qərbə doğru? - TƏHLİL
22-05-2025 [20:06]
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü simvolik və kritik məqamlarla yadda qaldı. Bu görüş həm təşkilatın formatına, həm də keçirilən vaxtın siyasi kontekstinə görə əvvəlkilərdən fərqli olaraq, yalnız siyasi nümayiş deyil, Türk dünyasının qarşılaşdığı ciddi sınaqların bir vitrini oldu.
Əvvəlcə qeyd edim ki, TDT-nin hər bir üzvü əhəmiyyətlidir. Azərbaycan və Türkiyə bu təşkilatın ideoloji dayaqlarıdırsa, əsas güc dayaqları Mərkəzi Asiyanın türk ölkələridir.
Məlum olduğu kimi bir müddət öncə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqının təzyiqləri və iqtisadi təşviqləri ilə Yunan Kiprində diplomatik nümayəndəlik açmağa qərar verdilər. Bu vəziyyət Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılanmış və ŞKTC rəhbərliyi tərəfindən “diplomatik xəyanət” kimi qiymətləndirilmişdi.
Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın zirvəyə qatılmaması diqqət çəkdi.
ŞKTC məsələsi açıqdır. Bəzi TDT üzvləri, xüsusilə Mərkəzi Asiya respublikaları ŞKTC-nin rəsmi şəkildə qəbul edilməsindən hələ də çəkinirlər. Bu, təşkilat daxilində vahid siyasi və hüquqi yanaşmanın hələ də formalaşmadığını göstərir.
Türkmənistan isə ənənəvi neytral siyasətinə sadiq qalaraq, daha çox müşahidəçi rolunu saxlayır. Lakin bu neytrallıq artıq strateji qeyri-müəyyənlik kimi qiymətləndirilir. Türkmənistanın bu yanaşması gələcəkdə onu seçim qarşısında qoya bilər: ya Türk Dövlətləri Təşkilatına inteqrasiya etmək, ya da təşkilatdan uzaqlaşmaq.
Hesab edirəm Türk birliyi üçün fikir ayrılıqları və daxili ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. Əvvəllər bu fərqliliklər daha çox iqtisadi və mədəni səviyyədə özünü göstərirdisə, indi artıq geosiyasi qərarların uyğunluğu məsələsi gündəmə gəlib. Bəzi ölkələrin Qərbə yaxınlaşması, bəzilərinin Rusiya ilə daha sıx təmasda olması, digərlərinin isə Çinə yönəlməsi təşkilat daxilində vahid strateji xəttin olmamasının nəticəsidir. Bu, təşkilatı regional koordinasiya klubu və ya qısamüddətli razılaşmaların platformasına çevirə bilər. Əgər bu tendensiya davam edərsə, TDT-nin siyasi çəkisi zəifləyəcək. Əksi baş verərsə, daha mərkəzləşdirilmiş, konkret hədəf və mexanizmlərlə işləyən qurum da görə bilərik.
Bütün bunlara baxmayaraq, danılmaz bir fakt var ki, görüş Avropa İttifaqı sərhədlərində keçirildi. Macarıstan həm Avropa İttifaqının tamhüquqlu üzvüdür, həm də Türkiyə və Azərbaycanla ən yaxın münasibətləri saxlayan nadir dövlətlərdəndir. Bu, TDT-nin Avropaya çıxış qapısı və mədəni-diplomatik ekspansiyası baxımından üstünlük yaradır.
Hesab edirəm, indiki məqamda bir aktual sual da budur: TDT Şərqə doğru dərinləşəcək, yoxsa Qərbə açılacaq?
Təəssüf ki, Budapeştdəki görüş bu suala konkret cavab vermədi, amma sualın artıq masada olduğunu sübut etdi.
Nəticə etibarilə deyə bilərik ki, türk birliyi hələ ideya mərhələsindədir, onu xilas edəcək tək şey ortaq siyasi iradədir. Budapeştdəki görüş həm rəmzi, həm real cəhətdən Türk dünyasının bir yol ayrıcında olduğunu göstərdi.
Artıq təkcə dil, mədəniyyət və tarix deyil, strateji qərarların sinxronizasiyası tələb olunur:
1. Vahid təhlükəsizlik yanaşması formalaşdırılmalı;
2. Eyni xarici siyasət koordinasiyası qurulmalı;
3. Daxili siyasi etimad mexanizmləri yaradılmalıdır.
Əks halda keçirilən “türk qurultayları” yalnız tarix və folklor nümayişinə çevriləcək. Reallıqda isə dünya siyasi mərkəzləri konkret ittifaqlar və nəticələr doğuran strukturlaşmaları ciddiyə alır.
Turan Rzayev
MİA.AZ
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
Milli Məclisin iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi
“Araz Fərqindəlik Yaradır” şüarı altında “Xərçənglə Mübarizə Həftəsi” keçirilib - FOTOLAR
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."