Deputat Ziyad Səmədzadə çinə səfər edəcək

img

22-04-2010 [04:47]


Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə aprelin 23-də Pekinə səfər edəcək. Çin tərəfinin dəvəti əsasında baş tutacaq səfər zamanı Çinin Xarici İşlər Nazirliyi və Xalq Diplomatiyası İnstitutunda görüşlər keçiriləcək, dostluq münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Görüşlərdə millət vəkili, akademik Ziyad Səmədzadənin Çin Xalq Respublikasının yaradılmasının 60 illiyinə həsr olunmuş ?Qlobal iqtisadiyyatda Çinin rolu? adlı kitabı barədə söhbətlər aparılacaq. Səfər aprelin 30-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA