Ermənistan hökuməti protokolların ratifikasiyası prosesinin dayandırılmasını tələb edib

img

22-04-2010 [01:55]


Ermənistanın hakim koalisiyası Ermənistan-Türkiyə protokollarının ölkə parlamentində ratifikasiya prosesini dondurmağı təklif edib. Bu barədə Ermənistan parlamentinin saytında yerləşdirilən koalisiya partiyalarının siyasi şurasının birgə bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, son iki il ərzində Ermənistan prezidenti Serj Sarkisyan parlamentin siyasi əksəriyyətinin dəstəyi ilə Türkiyə-Ermənistan münasibətlərinin önşərtsiz normallaşması ilə bağlı ardıcıl olaraq addımlar atıb. "Bu prosesə ABŞ, Rusiya, Fransa və İsveçrə öz töhfələrini veriblər. Çoxsaylı ölkələr bu təşəbbüsə müsbət reaksiya verib, bunun regionda stabilliyin yaranmasında və mövcud probmlemlərin sivil dialoq yolu ilə həllində çox vacib rolunu qeyd ediblər. Erməni tərəfinin konstruktiv addımları və dünya ictimaiyyətinin gözləntiləri davamlı olaraq Türkiyə tərəfinin məntiqsiz, hiyləgər və daim önşərt irəli sürən siyasəti ilə üzləşib. Bu isə 2009-cu il 10 oktyabr tarixində Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarının səmərəli vaxtda ratifikasiyasını dalana dirəyib?, deyə bəyanatda qeyd olunub. Bəyanatda o da bildirlir ki, Ermənistan parlamentinin siyasi əksəriyyəti Türkiyə tərəfindən, əsasən də baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən son vaxtlar, protokolların Türkiyə parlamentində ratifikasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllindən birbaşa asılı olması barədə səslənən bəyanatları qəbul edilməz sayırlar. ?Eyni zamanda Türkiyə tərəfinin protokolların önşərtsiz, səmərli vaxtda ratifikasiyasından imtina etməsi onların gələcəkdə Ermənistan parlamentində ratifikasiyasını mənasız edir. Bununla bağlı olaraq parlament əksəriyyəti prosesi dayandırmağı və onu parlamentin dördgünlük iclasının gündəliyindən, Türkiyə tərəfinin protokolları önşərtsiz davam etdirəcəyinə hazır olanadək çıxarmağı vacib bilir?, deyə bəyanatda vurğulanır. Xatırladaq ki, Ermənistanda 2008-ci il prezident seçkisindən sonra siyasi koalisiya yaradılıb. Bura Ermənistan Respublika Partiyası, həmçinin ?Orinas Yerkir? və ?Çiçəkənən Ermənistan" partiyaları daxildir. Qeyd edək ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyanın məsələ ilə bağlı olaraq xala müraciət edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA