?Savalan? Mistik Musiqi Qrupunun sayti fəaliyyətə bazladı

img

21-04-2010 [05:37]


?Savalan? Mistik Musiqi Qrupunun rəsmi internet səhifəsi www.savalan.us . fəaliyyətə başladı. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, istifədəçilər bu sayt vasitəsilə ?Savalan? Mistik Musiqi Qrupu haqqında ümumi məlumatlar, qrupun layiq görüldüyü mükafatlar, eləcə də qrup haqqında son yenilikləri əldə edə bilərlər. Bizimlə əlaqə bölməsində qrup üzvləri ilə əlaqə yaratmaq mümkündür. Sayt vasitəsilə ?Savalan? Mistik Musiqi Qrupunun populyar mahnılarını və şeir parcalarını dinləmək həmçinin əldə etmək mümkündür. Saytda qrup barədə maraqlı fotogörüntülər, müxtəlif ölkələrdə keçirilmiş konsert proqramlarının videogörüntüləri də yerləşdirilib. Qeyd edək ki, sayt Azərbaycan türkçəsi, ingilis, rus ən əsası isə Ortaq türkçədə fəaliyyət göstərir. Veb səhifə milli adət-ənənələrin zənginliyini əks etdirən ornamentlərlə də göz oxşamaqdadır. ?Savalan? Mistik Musiqi Qrupunun saytı Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərovun təşəbbüsü ilə ?Türk mədəniyyətinin təbliği? layihəsi çərçivəsində Türk Hərəkatı İctimai Birliyi tərəfindən hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA