Qənirə Pazayeva avtomobil qəzasına uğrayıb (yenilənib)

img

21-04-2010 [05:12]


Millət vəkili Qənirə Paşayeva avtomobil qəzasına uğrayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hadisənin şahidləri məlumat verib. Verilən məlumata görə, xanım millət vəkili ?Prado? markalı cipp avtomobili ilə Xarici İşlər Nazirliyinin yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Q.Paşayevanın xəsarət almadığı bildirilir. Aldığımız məlumata görə, xanım deputatın avtomobili işıqforda dayandığı zaman arxadan başqa bir xanımın idarə etdiyi avtomobil qarşıdakına, o isə Q.Paşayevanın avtomobilinə dəyib. Qəzaya səbəb olan xanım sürücünün isə mobil telefonla danışdığı bildirilir. Q. Paşayeva hadisənin baş verdiyini təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA