28-07-2016 [15:16]
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı gündəmdəki sualları cavablandırıb.
Mia.az Modern.az-a istinadən deputatın müsahibəsini təqdim edir:
-Hadı müəllim, ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamla Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı olaraq 26 sentyabrda referendum keçiriləcək. Bu məsələni necə qiymətləndirirsiniz?
-"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə dövlət başçımızın sərəncamı tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir.
Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır.
Heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilib.
Dəyişikən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir.
Dəyişməz konstitusiyalar dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir. Konstitusiyanın bu cür sərtliliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlamasına baxmayaraq, konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə istənilən halda cəmiyyətin inkişafını ləngiməsinə təsir edir. Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət – Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür.
Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olub. Digər tərəfdən, Fransa konstitusiyası olduqca sabit, dəyişdirilməsi çətin olub. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan olub, əksinə Fransa isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşmiş, və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilib.
Düşünürəm ki, Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu və onun təkmilləşdirilməsi məqsədi yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağı qənaəti yaradır. Cənab prezident tərəfindən dövlət idarəetməsini geniş əhatə edən faydalı və ciddi fundamental dəyişiklikləri ehtiva edən bir referendum layihəsi təklif olunur və ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək.
-Bəs Konstitusiyaya ediləcək dəyişikliklər ölkənin sosial, iqtisadi və əmək sferasına necə təsir edəcək?
-Bu gün torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar 99 illiyə uzun müddətə kəndlilərə verilib. İndi elə adamlar var ki, bundan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur.
Məsələn, İranda torpaqların 70 faizi dövlətin, 30 faizi şəxsi mülkiyyətdədir.
Buradan belə bir nəticə çıxır ki, bütün məqsəd ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Lənkəran kimi yerdə adam az olduğuna görə torpaq da az miqdarda bölünüb. Onlar torpağı hərəsi bir yerdə hasarlayıb istifadə etmirlər. Digər böyük rayonlarda da 100 hektarlarla torpaqlar istifadə edilmir. Kooperasiya qanunu ilə bütün bu torpaqlar birləşdirlməlidir. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.
Sənədə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.
Artıq bundan sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.
-I vitse-prezidentlik və vitse-prezidentliyin təsis edilməsinin nə kimi əhəmiyyəti olacaq?
-Vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir.
Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur.
Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur.
Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox, 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməyib.
Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin Konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir.
Vitse-prezidentlik dünyada geniş yayılmış dövlət idarəçilik formasıdır. Bu gün dünyanın 67 ölkəsində vitse-prezidentlik idarə üsulu var. İranda 10-dan çox vitse-prezident var. Amerikada, Avropada vitse-prezidentlik quruluşu mövcuddur. Bu idarəçilik formasının inkişaf etdirilməsi çox önəmlidir. Bizim ölkə bu gün prezident üsulu idarəsi olan dövlətdir. Ona görə də bu referendumla prezident üsul idarəsi daha da güclənəcək.
Mən bir siyasətçi kimi hesab edirəm ki, I vitse-prezidentlik və vitse-prezidentlik olacaqsa, artıq Nazirlər Kabinetinin və Prezident Administrasiyasının səlahiyyətlərinə də ciddi şəkildə aydınlıq gətirilməlidir.Yəni ölkədə eyni funksiyaları Prezident Administrasiyası yerinə yetirirsə, bəs o zaman Nazirlər Kabineti nə ilə məşğul olmalıdır?
Əslində Konstitusiyada Nazirlər Kabinetinin və Prezident Administrasiyasının vəzifə və səlahiyyətləri öz əksini tapıb. Sadəcə olaraq, bu məsələdə Prezidentin direktiv sənədlərində, normativ hüquqi aktlarında, sərəncam və fərmanları ilə bu qurumların səlahiyyətləri düzgün bölüşdürülməlidir.
Lazımsız qurumların, təkrarçılığın və məmur kütləviliyinin qarşısı birmənalı şəkildə alınmaldır. Hər yanda gözünü açırsan, görürsən məmur işə gəlib-gedir və maaş alır. Konstitusiya dəyişikləri ilə inzibatçılığın azalmasına, idarəetmədə şəffaflığın artmasına, struktur islahatlarına rəvac verilməli və məmur təkrarçılığının qarşısını alınmalıdr.
Preziodent Administrasiyası ilə Nazirlər Kabineti arasındakı səlahiyyət bölgüsünə ciddi bir aydınlıq gəlməlidir. Ola bilsin ki, Administrasiya və Nazirlər Kabinetinin bir sıra səlahiyyətləri vitse-prezidentliyə verilsin. Çünki idarəçilikdə yarana biləcək bu cür təkrarçılıqdan qaçmaq lazımdır.
Bu məsələlərə çox ciddi baxmaq lazımdır. Düzdür, indiki referendumla Nazirlər Kabineti saxlansa da, hesab edirəm ki, təkrarçılığa ehtiyac yoxdur və bu sahədə olan səlahiyyət bölgülərinə tam aydınlıq gəlməlidir. Çünki bu gün Nazirlər Kabinetində də və Prezident Administrasiyasında da aqrar, sosial və iqtisadi bölmələr var. Belə təkrarçılığın qarşısı alınmalıdır.
-Milli Məclisə üzv seçilməyin yaş həddinin 25-dən 18-ə endirilməsini bir deputat kimi necə qiymətləndirirsiniz?
-Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir. Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.
Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.
Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir.
-Konstitusiyaya ediləcək dəyişikliklərdə Prezidentin parlamenti buraxması məsələsi də öz əskini tapıb. Bəs bunu necə dəyərləndirirsiniz?
-Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə görünür ki, əsas məqsəd daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili böhran, xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsidir.
Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarındada müəyyən edilib.
Ölkə Prezidenti tərəfində parlamentin buraxılması məsələsi də bu günün reallıqları baxışından çox mühüm və önəmli məsələdir. Çünki əgər parlament müsbət deyil, mənfi tendensiyalara cavab versə, Prezident onu buraxacaq. Bu da ölkədə özbaşınalığın, xaosun qarşısını almağa xidmət edir. Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir.
Türkiyədə qazın qiyməti qalxdı - 25 faizə yaxın
Azərbaycan diasporunun rəhbəri Rusiyada küçədə həbs edildi - Yerə yıxaraq... (VİDEO, FOTO)
Bu gün Azərbaycan Polisi yaranmasından 107 il ötür
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib