Yusif Bağırzadə partiyanın beynəlxalq əlaqələr üzrə katibi vəzifəsinə təyin edilib

img

20-04-2010 [04:49]


Bu gün AMİP sədr əvəzi, Baş Katib Fuad Muxtarovun sərəncamı ilə Yusif Bağırzadə partiyanın Beynəlxalq əlaqələr üzrə katibi vəzifəsinə təyin edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Yusif Bağırzadə AMİP Nizamnaməsinin 62-ci maddəsinə uyğun olaraq tutduğu vəzifəsinə görə həm də Siyasi Şuranın üzvü kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, Yusif Bağırzadə 1995-2000-ci illərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədr müavini, ATƏT-in Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Parlament Assambleyasının və MDB Parlament Assambleyasının üzvü olub. 2003-2006-cı illərdə isə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA