26-07-2016 [14:16]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.
Komissiyadan verilən məlumata görə, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyill: "Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. Abituriyentlər imtahan versələr də, ixtisas seçimini etməyiblər. İxtisas seçiminə iyulun 29-dan başlanacaq və avqustun 10-dək davam edəcək. Ona görə də biz indi deyə bilmərik ki, hansı ixtisas üzrə keçid balı nə qədər olacaq? Yalnız ixtisas seçimi bitdikdən sonra məlum olacaq ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir”.
Komissiyadan əlavə edilib ki, keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.
TQDK-dan qeyd edilib ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Ötən ilki qəbul zamanı formalaşmış keçid balları həmin ötən il qəbul imtahanları yekunlaşdıqdan sonra "Abituiriyent” jurnalında çap edilib. Onların elektron versiyaları da TQDK-nın saytında yerləşdirilib. Amma həmin məlumatları əldə edə bilməyən abituriyentlər üçün ötən ilin keçid balları bu il yenidən çap edilib.
Komissiyadan qeyd edilib ki, bəzi abituriyentlər müsabiqə şərti ilə keçid balları anlayışlarını qarışdırırlar. Müsabiqə şərti TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
I ixtisas qrupunun "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
"Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi", "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)”, "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Trend
Netanyahu: "Qəzzada əməliyyatımız dayanmayacaq" - "HƏMAS bir daha burada mövcud olmayacaq"
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
Azərbaycan nefti bahalaşdı
ASK sədrinə "professor" elmi adı vaxtından əvvəl necə verilib? - Ekspert "Özəl universitetlərdə hər şey mümkündür" deyir
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - 20 nəfər xəsarətləri alıb
Iki eşşəyin arpasını bölə bilməyənlər... - Təbriz VƏFALI YAZIR
İqlim dəyişikliyi: Avropada bu səbəbdən ölənlərin sayı üç dəfə artıb
Qəzzada meningit halları çoxalıb - Azyaşlılar arasında
Texasda sel: 160-dan çox insan yoxa çıxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov: "Peşə bayramınız mübarək!"
Amerikalı "Fənərbağça"dan Atatürkün məşhur ifadəsiylə ayrıldı - FOTO
Türkiyənin ən güclü partiyası:... - Sorğu
Trampdan Putinə qarşı U dönüşü - Şahin Cəfərli yazır
Ceyhun Bayramovla Pakistan XİN başçısı arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
CHP-li bələdiyyələrdə "ov" davam edir
İngiltərədən yenidən super liqaya geri döndü
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb - 4 helikopter, 4 təyyarə və... (FOTO)
Ermənistan parlamentində əlbəyaxa dava düşüb - FOTOLAR
Okan Buruk Taylan Antalyalıya "yox" dedi
Atalıq 12 yaşlı qızı zorlayıb - Azərbaycanda şok olay
Daha bir bələdiyyə sədri həbs olunub
İlham Əliyev İordaniya ilə sazişi təsdiq etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev Fərman imzalayıb
PREZİDENT ONLARA DİPLOMATİK VƏ ALİ XÜSUSİ RÜTBƏ VERDİ - Siyahı
Dövlət Xidməti daha 16 maşını satıb - Hərracda
Rəsmi Moskvadan Kiyevə mesaj: "Tarixlə bağlı təklif gözləyirik" - "Bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlar var"
Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır
Rəisin ölümü necə baş verib? - "Dənizdə olarkən ayağından..."
Təşkilat sədri istintaqa çağırıldı
İsrail həbsxanalarında 11 minə yaxın fələstinli var - Onlardan 500-dək qadın və uşaqdır
Fərid Abuşov vəzifədən uzaqlaşdırılıb
“Bakı Metropoliteni”nin 700 minlik tenderi ləğv olunub
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
Qarabağa səfərə icazə müddəti artırıldı
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər bəlli oldu- 1 manatı aşmayacaq
CHP sədri Özgür Özəlin deputat toxunulmazlığı götürülür - Parlamentə təqdimat verildi
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTO
MİLYARDLIQ QAZ İTKİSİ: və ya onu havaya "ucuranlar"... - ŞOK FAKTLAR VƏ... (YENİLƏNİB)
Vasif Qurbanzadə vəzifəyə təyin edildi - Nazirlikdə dəyişiklik