PREZİDENT ONLARA DİPLOMATİK VƏ ALİ XÜSUSİ RÜTBƏ VERDİ - Siyahı

img

08-07-2025 [16:47]


Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı əməkdaşlara diplomatik rütbələr verilib:

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov İlham Nəriman oğlu (Azərbaycanın Əfqanıstandakı səfiri)

Mərdəliyev Seymur Qurban oğlu (Azərbaycanın Ukraynadakı səfiri)

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov Raman Ağamalı oğlu

Səfərova Nərgiz Abbasqulu qızı

Xatırladaq ki, iyulun 9-u Azərbaycan diplomatlarının peşə bayramıdır. Bu il diplomatik xidmətin yaradılmasından 106 il ötür.

***

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR