Gənclər Bakının mərkəzində mitinq keçirəcək

img

19-04-2010 [03:45]


Müsavat Partiyasının Gənclər Təşkilatı Bakıda mitinq keçirəcək. Bu barədə Müstəqil İnformasitya Agentliyinə Gənclər Təşkilatından məlumat daxil olub. Artıq Müsavat GT bununla bağlı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ediblər. Verilən məlumata görə, Müsavat GT Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının? Qanununa əsasən 30 aprel 2010-cu il tarixində saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktının ildönümü ilə əlaqədar Cəfər Cabbarlı meydanında gənclərin və tələbələrin həmrəylik mitinqini keçirəcək. Mitinqdə ?30 parel tələbələr günü elan edilsin!?, ?ADNA-da terror qurbanlarına xatirə abidəsi ucaldılsın!? şüarları səsləndiriləcək. Təşkilatçılar mitinqdə 2000 nəfərin iştirakını planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA