Azərbaycanda bir sıra sualtı abidələr azkar olunub

img

19-04-2010 [12:58]


gn=left]2010/sualti-abide.jpg[/libt] Azərbaycan Respublikasının ərazisində sualtı arxeoloji tədqiqatlar nəticəsində bir sıra sualtı abidələr aşkar olunub. Bunlara Bakı buxtasında Bayıl qəsri, Salyan rayonunun Şirvan qoruğu ərazisində IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları, Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, Gürgan burnu yaxınlığında Gürganşəhr adlanan yerdə suyun altında orta əsrlərə aid yaşayış yerinin qalıqları və s. aiddir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişinə əsasən ölkəmizin zəngin sualtı mədəni irsə malik olması, onun effektiv mühafizəsi zərurətini nəzərə alaraq, Azərbaycan Respublikasının Sualtı Mədəni irsin Qorunması üzrə YUNESKO Konvensiyasına qoşulması imkanları ilə bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA