"Xalq ulduzu"nda daha bir münsif yerdəyizməsi

img

16-04-2010 [08:03]


Müstəqil İnformasiya Agentliyi ATV telekanalında bu yaxınlarda yenidən start götürən "Xalq ulduzu" müsabiqəsində münsiflər heyəti ilə bağlı problemlərin ortaya çıxması barədə məlumat vermişdi. Müsabiqənin ilk günü münsiflər heyətini xalq artisti Mələkxanım Əyyubova, əməkdar incəsənət xadimi Ağacəbrayıl Səlimov, xalq artisti Zaur Rzayev və əməkdar artist Sabir Əliyev təmsil etsə də, 2-ci həftənin ilk günü Zaur Rzayevin münsif kürsüsündə Aybəniz Haşımovanın oturması hamını təəccübləndirdi. Deyilənlərə görə, Zaur Rzayev qarşısına qoyulan müəyyən şərtlərə əməl etmədiyi üçün onunla müsabiqə təşkilatçıları arasında insident yaranıbmış. Bu səbəbdən də xalq artisti münsif üzvlüyündən uzaqlaşdırılıb. Maraqlıdır ki, bir gün sonra Zaur Rzayev yenidən öz yerinə qaytarılıb. Aybəniz Haşımova ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istədik. O, yaranmış vəziyyəti Müstəqil İnformasiya Agentliyinə belə izah etdi: "Hər şeyi qloballaşdırmaq lazım deyil. Aybəniz xanım bir gün jüridə oturmadı, dünya dağıldı? Dünən mən o hayda deyildim. Gözəl sənətkarımız Telman Adıgözəlova görə ağlamaqdan çox pis olmuşdum. Bizdə sənətkarların qədrini bilmirlər. Bir gün mən də öləcəyəm, amma dəyərim qalacaqmı? Bu daha vacib məsələdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA