Gülüstan Əliyeva 10 illik fasilədən sonra albom buraxdırdı

img

16-04-2010 [07:54]


10 illik fasilədən sonra, əməkdar artist, Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın "STS" studiyasında yeni albomu işıq üzü görüb. Bununla bağlı təqdimat mərasimi keçirən sənətçi ətrafına jurnalistlərlə birgə sənət dostlarını da topladı. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, müğənnini təbrik etməyə xalq artisti Səkinə İsmayılova, əməkdar artist Gülyaz Məmmədova, Simarə İmanova və başqaları gəlmişdilər. Nəzərinizə çatdıraq ki, təqdim olunan "Yadıma düşürsən" adlı alboma iki disk daxil edilib. Onlardan birində müğənninin 10 il ərzində ifa etdiyi 15 mahnı, digərində isə 7 klip yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA