Aydınlar Partıyası Qarabağ mövzusunda dəyirmi masa keçirib

img

16-04-2010 [07:09]


Bu gün Bakı Media Mərkəzində Aydınlar Partıyasının Gənclər Komitəsi ?Qarabağ düyünü: reallıqlar və perspektivlər? mövzusunda dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü Gənclər Komitəsinin sədri Araz Quliyev açıb. A.Quliyev Qarabağ probleminə dünya birliyinin hələ də ikili standartlarla yanaşmasını sərt tənqid edib və Azərbaycanın haqlı mövqeyinin yetərincə müdafiə olunmamasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, yeniləşdirilmiş Madrid prinsipləri Azərbaycanın milli maraqlarına ziddir: ?Azərbaycanın bu prinsiplərlə razılaşması çox təhlükəlidir, bu Qarabağın itirilməsi ilə nəticələnə bilər?. Politoloq Xaləddin İbrahimli öz çıxışında Ermənistanın işğalçılıq siyasəti, erməni terrorunun coğrafiyası və onların sərsəm iddiaları haqqında geniş danışdı. Onun fikrincə, Qafqazda yaşayan 200 yaxın etnosun hər birindən fərqlı düşünən bir etnos vardır ki o, da ermənilərdir: ?Beynəlxalq münasibətlərdə, hüquq sistemində nə zaman ki, böhran baş verir o zaman ermənilər aktiv fəaliyyətə başlayır. Ermənilər hər zaman xristian dünyasının anti-türk ab-havasından məharətlə istifdə etməyi bacarmışlar?. İbrahimli onu da bildirdi ki, Türkiyənin Ermənistanla olan sərhədlərinin açılacağını təqdir etmir: ?Əgər bu baş verərsə, Qarabağ problemi Fələstin məsələsi kimi həll olunmayaraq qalacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA