ALDP ?Yaxzı seçki plakatı? və ?Yaxzı seçki zuarı? müsabiqəsi keçirir

img

16-04-2010 [03:14]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının və Mərkəzi Seçki Qərargəhın (MSQ) iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ictimai-siyasi vəziyyət, 2010-cu il noyabrda keçiriləcək parlament seçkiləri, partiyanın və müxalifətin fəaliyyəti müzakirə olunub. ALDP sədri Fuad Əliyev qarşıdan qələn parlament seçkilərində müxalifətin birgə iştirakının arzuladığını və bu birliyin qələbə ilə nəticələnəcəyinə əmin olduğunu bildirib. Amma ALDP sədri təəsüflə qeyd edib ki, son vaxtlar müxalifətdə yaranan vəziyyət müxalifətin parçalanmasına stimul olmaqla yanaşı gözlənilən qələbəni kölgə altına alır. Fuad Əliyev - ?Buna baxmayaraq, biz seçkilərdə iştirak edəcəyik. Çox istərdik ki, müxalifətin ümumi birliyi yaransın. Bu istiqamətdə öz işimizi davam etdirəcəyik və müxalifət seçkilərdə vahid namizədlə iştirak edəcək?. ALDP sədri Fuad Əliyev parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaq üçün ALDP üzvləri arasında ?Yaxşı seçki plakatı? və ?Yaxşı seçki şuarı? müsabigəsinin keçirilməsini təklif verib. Təklif qəbul olunub və bir ay ərzində müsabigəni keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA