AiDP sədri AŞPA sədri Mövlud çavuzoğlunu tənqid etdi

img

16-04-2010 [12:41]


?AŞPA-nın sədri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri çərçivəsində deyəcəyi sözlər əvvəldən bəlli idi. Onun Azərbaycan hakimiyətinin götürdüyü öhdəliklərlə bağlı görmədiyi işlərdən də danışmayacağı gözlənilən idi?. Bu fikri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, Çavuşoğlunun müxalifətlə görüşünün alınmaması bu şəxsin əvvəlki ampulasında qaldığını bir daha təsdiqlədi: ?Düzdür, biz ondan Azərbaycanla bağlı tənqidi fikirlər gözləmirdik. Amma parlament seçkisi ilində ən azı müxalifət düşərgəsinin bu seçkidə iştirakına dair fikirər səsləndirə bilərdi. O deyir ki, Azərbaycanda seçkinin demokratik keçiriləcəyin əmindir. Müxalifətçilərin seçkidə iştirak imkanı məhdudlaşdırıldığı təqdirdə hansı demokratik seçkidən danışmaq olar?. AŞPA kimi nüfuzlu bir siyasi quruma rəhbərlik edən şəxsin, həm də ilk türk olaraq ? Bakıda siyasətdən çox kənd təsərrüfatından, pomidordan, almadan qoyunçuluqdan, çobanlardan danışdığını qeyd edən T.Abbaslı hesab edir ki, bu qurumun payızda keçiriləcək parlament seçkisinə münasibətinin də necə olacağını proqnozlaşdırmaq çətin deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA