"Xalq ulduzu"nda münsif qalmaqalı; Zaur Rzayev müsabiqədən kənarlazdırıldı

img

15-04-2010 [07:30]


ATV telekanalında yayımlanan "Xalq ulduzu" müsabiqəsi aprelin 7-də yenidən start götürüb. Lakin müsabiqə başlanandan münsiflər heyəti ilə bağlı problemlər ortaya çıxıb. Xatırladaq ki, ötən ilki "Xalq ulduzu"nda münsiflər heyətini xalq artisti Mələkxanım Əyyubova, Abacəbrayıl Səlimov, bəstəkar Tahir Əkbər və əməkdar artist Aybəniz Haşımova təmsil edirdilər. Bu dəfə yarışmada Tahir Əkbər və Aybəniz Haşımovanı xalq artisti Zaur Rzayev və Opera və Balet Teatrının solisti, əməkdar artist Sabir Əliyevin əvəz etməsi qərara alınmışdı. Müsabiqənin ilk günü belə də oldu. Lakin 2-ci həftə Aybəniz haşımovanın gözlənilmədən münsif kürsüsündə, daha doğrusu Zaur Rzayevin yerində oturması hamını təəccübləndirdi. Aybəniz Haşımovanın "geriyə qayıtmasını" onun "Xəzər" televiziyasında apardığı mətbəx verilişinin uğur qazanmaması ilə də bağlayırlar. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Aybəniz Haşımovadan öncə münsiflik xalq artisti Aygün Bayramovaya təklif olunub. Lakin sonuncu yenidən bu yükün altına girmək istəməyib. Zaur Rzayev isə qarşısına qoyulan müəyyən şərtlərə əməl etmədiyi üçün onunla müsabiqə təşkilatçıları arasında insident yaranıb. Nəticədə, xalq artistini münsiflikdən uzaqlaşdırmaq qərara alınıb. Ona deyilib ki, sən müsabiqəni quru aparırsan. Bunu səbəb kimi görməyən Z.Rzayev yarışma təşkilatçılarına iradını belə bildirib: "Sizin kanalın tərbiyəsizliyi barədə çox eşitmişdim. Amma hər şeyin bu dərəcədə olduğunu bilmirdim". Deyilənlərə görə, bu gün müsabiqədən daha bir münsifin uzaqlaşdırılma ehtimalı var. Bu şəxsin isə ya Mələkxanım Əyyubova ya da Sabir Əliyev olacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA