ADP gəncləri də aksiyada zorakılığa məruz qalıb

img

14-04-2010 [05:12]


Bu gün Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada iştirak edən ADP gəncləri də polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiyada iştirak edən ADP Gənclər Təşkilatının fəalları Cəmil Hacıyev və Orxan Hüseynov polis və mülki geyimli şəxslər tərəfindən döyülmüş və həbs olunaraq Bakı şəhər Səbail rayon 8-ci polis bölməsinə aparılıb. Digər ADP-çi gənclər Kamal Hüseynov və Osman Əhmədov isə mülki geyimli şəxslər tərəfindən maşına oturdularaq aksiya keçirilən yerdən kənara aparılmış və zorakılıqlara və təhqirlərə məruz qalıb. Orxan Hüseynov Səbail rayon 8-ci polis bölməsindən buraxılsa da, Jəmil Hajıyev hələ də qeyri-qanuni olaraq həmin bölmədə saxlanılmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA