"Tələbə baharı" tələbələrin lV yaradıcılıq festivalına start verilir

img

14-04-2010 [04:44]


Gənclər və İdman Nazirliyi "Tələbə baharı" tələbələrin lV yaradıcılıq festivalının keçirilməsini planlaşdırır. Festivalda Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində də fəaliyyət göstərəna ali təhsil müəssisələrinin tələbələri öz istedadlarını nümayiş etdirə biləcəklər. Festivalın keçirilməsində əsas məqsəd, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və yeni ünsiyyət əlaqələrinin formalaşdırılmasına şərait yaratmaqdır. Yaradıcılıq festivalı aşağıdakı nominasiyalar üzrə keçiriləcəkdir: Musiqi üzrə (5-7 dəq) -pop musiqisi -xalq mahnıları -caz musiqisi -klassik musiqi (vokal) -estrada musiqisi -rok musiqisi -muğam -musiqi alətlərində ifa Rəqs üzrə (5-7 dəq) -milli rəqslər (fərdi) -milli rəqslər (kollektiv) -müasir rəqslər (fərdi) -müasir rəqslər (kollektiv) - idman rəqsləri (bal rəqsi) Teatr üzrə -pantomima -parodiya -ŞHK Festivalın qalibləri fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Əlaqələndirici şəxs: Tələbə və tələbə təşkilatları ilə iş sektorunun əməkdaşı G.Rəhimova tel: 465-64 43

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA