Yazar Əliyev müsavatçı deputatları zəxsən ?zərəzsizləzdirib?

img

14-04-2010 [02:34]


Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirməyi planlaşdırdığı piketə Müsavat deputat qrupunun üzvləri Pənah Hüseyn, Arzu Səmədbəyli, İkram İsrafil və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da qatılmaq istəsələr də, qarşısını alınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavatçı deputatları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev ?qarşılayıb?. Bu barədə açıqlama verən Arif Hacılı bildirib ki, onlar meriyanın binasına İran səfirliyi istiqamətindən ? Axundov bağı tərəfdən yaxınlaşmağa cəhd göstəriblər. Ancaq onların qarşısını Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis general-mayoru Yaşar Əliyev özü kəsib. Y.Əliyevlə danışıq aparıblar, amma nəticəsi olmayıb. Y.Əliyev jurnalistlərə açıqlamasında isə deyib ki, Müsavat deputat qrupu üzvlərinin və partiyanın Mərkəzi İcra Aparatı rəhbərinin saxlanılaraq meriyanın binası istiqamətinə buraxılmaması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. O deyib ki, deputatlarla sadəcə söhbət aparıb və həmin söhbət zamanı partiyanın piketlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi cavabı xatırladıb: ?Mən izah etdim ki, Bakının 11 rayonunda kütləvi aksiyalar üçün yerlər ayrılıb. İstənilən vaxt müraciət edib orda aksiya keçirə bilərlər?. Saxlanılanlara gəlincə, Y.Əliyev 6-7 nəfərin polisin tələbinə tabe olmadığına görə saxlandığını bildirib və tutulanların sayının 46 nəfər olması barədə deyilənləri təkzib edib: ?Burda heç 46 nəfər vardı ki... Yalanı heç olmasa bu boyda etməyin! Saxlanılanlar Səbail rayon 8-ci polis bölməsinə aparılıb, onlarla bağlı bölmədə araşdırma gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA