AŞPA prezidenti Mövlud çavuzoğlu Milli Məclisdə görüzlər keçirir

img

14-04-2010 [02:07]


Bakıya səfərə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu bu gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. M.Çavuşoğlu görüşün məqsədinin Azərbaycandakı demokratik proseslərin inkişafına bundan sonra necə dəstək verməklə bağlı olduğunu deyib. O, bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətinə əməl edib və bu, təqdirəlayiqdir. Görüşdə iştirak edən YAP-ın icraçı katibi, deputat Əli Əhmədov bildirb ki, o, M.Çavuşoğlunun fəaliyyəti dövründə Avropa Şurasının Azərbaycanın istəklərini doğruldan quruma çevriləcəyinə inanır. "Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bizim Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasından müəyyən gözləntilərimiz var. Beynəlxalq səylərə baxmayaraq, indiyədək işğalçı ilə işğala məruz qalanın bir qurumda təmsil olunması da ədalətsizlikdir", - deyə Ə, Əhmədov əlavə edib. Görüşə qatılan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa M.Çavuşoğluna xitabən deyib ki, "Azərbaycanda bu il parlament seçkiləri keçiriləcək və istərdik, demokratikləşmə istiqamətində bir çox məsələlərin həllində yardımçı olasınız". F.Mustafa Mərkəzi Seçki Komissiyasının tam tərkibdə formalaşdırılmasına ehtiyacın olduğunu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin, "Müxalifətin fəaliyyəti haqqında" qanun layihəsinin qəbulunun zəruriliyini vurğulayıb. Görüşdə Milli Məclisdə təmsil edilən bütün siyasi partiyalardan olan deputatlar iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA