Mətbuat Şurası daha 7 qəzeti və 1 jurnalı ?reket nəzr? elan edib

img

13-04-2010 [03:17]


Bu gün Azərbaycan Mətbuat Şurasında MŞ İdarə Heyətinin üzvü, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komissiya sədri bildirib ki, ilin əvvəlindən MŞ-yə daxil olan şikayətlərin baxılmaq üçün komissiyaya təqdim olunanlarının sayı 20-dən çoxdur. O, həmin şikayətlər əsasında toplanmış materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnalın ?reket nəşr? elan olunaraq, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adlarının ?qara siyahı?ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb. Şuranın Katibliyinə rəylərdə əksini tapan məsələlər barədə MŞ-nin İdarə Heyətinə ümumiləşdirilmiş təqdimat hazırlamaq həvalə edilib. Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlər müvafiq qismi qurumun Katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyyəsinə uyğun olaraq ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasında nəzərdən keçirilir. Komissiya həmin məsələlərlə bağlı rəylər çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır.

Digər xəbərlər
SON XƏBƏRLƏR