Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təzkilatının Azərbaycandakı nümayəndəsi ilə görüzüb

img

16-04-2010 [02:22]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova ilə görüşüb. Görüş BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisi tərəfindən təşkil olunub. Bu barədə məlumat verən U.Rəhimoğlu görüşdə əsas məqsədin BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının* *Azərbaycandakı nümayəndəliyi arasında mümkün əməkdaşlıq məsələsini müzakirə edilməsi olduğunu söyləyib. O, mümkün əməkdaşlıqdan və BAMF-ın fəaliyyəti haqqında danışarkən bunları deyib: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir ki, Azərbaycan regionlarında müxtəlif istiqamətlərdə işlər aparır. Təşkilatımız bu sahədə böyük iş təcrübəsinə malikdir. BAMF-ın Tərtər, Füzuli və Ağstafada regional ofisləri var. Yeri gəlmişkən qeyd edim ki, BAMF 1992-ci ildən başlayaraq icma və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xeyli işlər görüb. Azərbaycanın işğal olunmuş və işğaldan azad edilmiş bölgələri ilə həmsərhəd rayonlarda məskunlaşmış az təminatlı əhali qrupları, mina və partlamamış hərbi sursatlardan zərərçəkmiş, eləcə də qaçqın və məcburi köçkünlərə yönəlik xeyli layihələr həyata keçirib. Biz BMT-nin müxtəlif strukturları ilə əməkdaşlıq etmişik, birgə layihələr həyata keçirmişik. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisi ilə birgə bu il üçün bır sıra tədbirlər planlaşdırmışıq. Bu yaxınlarda İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin rəhbəri Envera Selimoviçlə birgə Tərtər və Yevlax rayonunda görüşlərimiz oldu. Regiona səfər çərçivəsində Envera xanım T*ərtər rayonunda ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi ?Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin yaradılması? layihəsi çərçivəsində inşa olunan Tərtər Regional Peşə Təlimi Mərkəzində oldu. Yəni *BAMF-ın tərcümeyi-halı deməyə əsas verir ki, müzakirə olunan istiqamətdə də biz uğurlu işlər görə bilərik?. Müzakirələr zamanı hər iki təşkilatın nümayəndələri Azərbaycanın ucqar yerlərində icmalar üçün vacib olan müxtəlif proqramlarda BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlıq edə bilməsi üçün perspektivlər olduğunu xüsusi ilə qeyd ediblər. Görüşdə BAMF-ın Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR