AMiP-in 8 rayon təzkilatında konfranslar keçirilib

img

12-04-2010 [04:24]


Xəbər verildiyi kimi, AMİP-in növbəti X Qurultayına hazırlıq işlərinə start verilib. Bununla bağlı aprelin 11-dən partiyanın Rayon Təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, vünən AMİP-in Siyəzən, Xaçmaz, Ağdaş, Göyçay, İsmayıllı, Ucar, Kürdəmir rayon və Xudat şəhər təşkilatlarında konfranslar keçirilib. Keçirilən konfranslarda Gündüz Dadaşov, Məmməd Qurbanov, Xoşbəxt İskəndərov, Əlknyaz Xıdırov, Teyyub Hüseynov, Vaqif Şirinov, Umud Məmmədbəyli və Ağa Zeynallı müvafiq olaraq Rayon Təşkilatlarına sədr seçiliilər. Eyni zamanda RT-lərin strukturları yenidən formalaşıb. AMİP-in X Qurultayına nümayəndələr müəyyənləşdirilib. Baş tutan konfranslarda AMİP katibləri və Siyasi Şura üzvləri səlahiyyətli nümayəndə kimi iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA