iqbal Ağazadə Polza xalqına bazsağlığı verib

img

12-04-2010 [03:01]


Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə və partiyanın Rəyasət Heyətinin üzvləri Polşanın Azərbaycandakı səfirliyinə gedərək səfir cənab Kşiştov Krayevskiyə və onun timsalında bütün Polşa xalqına başsağlığı verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Polşa səfirliyi önünə gül dəstəsi qoyan Ümidçilər daha sonra səfirlik binasına daxil olaraq səfirə və əməkdaşlarına başsağlıqlarının çatdırıblar. Daha sonra Ümid Pariyasının sədri İ.Ağazadə xatirə kitabına öz ürək sözlərini yazıb. O, bildirib ki, Rusiyanın Smolensk vilayətində təyyarə qəzasında Polşa prezidenti Lex Kaçinski, onun xanımı və nümayəndə heyətinin həlak olması xəbəri bütün sünyanı çox sarsıtdı. ?Lex Kaçinski yüksək şəxsi keyfiyyətləri, dövlətçilik mövqeyi, zəngin təcrübəsi, həmçinin demokratik dəyərlərin qorunması üçün göstərdiyi fəaliyyətilə təkcə öz ölkəsində deyil bütöv Avropada böyük hörmət və nüfuz qazanmışdı. Bu faciə nəticəsində Polşa prezidentinin və siyasisi elitasının dunyasını dəyişməsi yalnız Polşa Dövləti və xalqı ücün deyil, azadlıq və demokratiya arzusunda olan digər xalqlar üçün də böyük itkidir. Baş vermiş faciə nəticəsində dünyasını dəyişən Polşa prezidenti Lex Kaçinskinin eləcə də, onunla birlikdə təyyarə qəzasında həlak olan digər şəxslərin ailələ üzvlərinə və Sizin şəxsinizdə Polşa xalqına dərin hüznlə başsağlığı verir, onların kədərlərinə şərik olduğumu bildirirəm. Allah rəhmət eləsin! Ruhları şad olsun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA