Gülüstan Əliyevanın yeni albomu təqdim olunacaq

img

12-04-2010 [02:52]


Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın yeni albomu işıq üzü görüb. ?STS Prodakşn studiyası tərəfindən buraxılmış albom belə adlanır: ?Yadıma düşürsən?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplu iki DVD və CD diskindən ibarətdir. Albom müğənninin son illər böyük məharətlə ifa etdiyi mahnıların zəngin palitrasını təşkil edir. Burada Tofiq Quliyevin, Cahangir Cahangirovun, Faiq Sücəddinovun, Kamalın, Ramiz Mirişlinin, Aygün Səmədzadənin və başqa bəstəkarların mahnıları var. Gülüstan xanımın özünəməxsus ifası xalq arasında tanınan bu mahnıların çoxuna yeni nəfəs və təravət verir. Albomun təqdimatı 16 aprel 2010-cu il saat 14.00-da ?Monte Kristo? restoranında keçiriləcəkdir. Müğənninin verdiyi məlumata görə onun təsnif və muğamlardan ibarət daha bir albomu hazırlanır. Gülüstan Əliyevadan gələn digər bir xəbərdə isə onun Türk Ölkələri Akademiyası tərəfindən beynəlxalq dərəcəli ödülə layiq görüldüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA