Hacıbaba Əzimov Hacıbala Abutalıbovdan zikayətçidir

img

10-04-2010 [12:30]


?Mətbuatda dəfələrlə gostərildiyi kimi, son aylarda ?Qış parkı?, ?Park-bağ? adı altında Respublika Sarayının arxasından Füzuli Meydanına qədər olan ərazidə yerləşən evlər və obyektlər bir sıra hallarda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən zorakılıqla sökülür?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun müraciətində qeyd olunub. Bildirilir ki, ?Park-bağ? salınması nəzərdə tutulan ərazidəki mövcud daşınmaz əmlakın satın alınması ilə bağlı nə Nazirlər Kabinetinin qərarının və nə də həmin ?Park-bağ?ın səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş layihəsinin olmamasına baxmayaraq Bakı İcra Hakimiyyətinin başçısı H.Abutalıbov qanunvericiliyə zidd olaraq bu barədə 24 sentyabr 2008- ci il tarixli, 511 saylı sərəncam imzalamış və həmin sərəncamla bu işi fiziki şəxs R.Kazımova həvalə etmiş, mühasibatlığa tapşırmışdır ki, ? Dövlət Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin hesabına ödənilmiş vəsaitin fiziki şəxs R.H.Kazımovun hesabına keçirilməsini təmin etsin?. Lakin Füzuli, Ş.Bədəlbəyli və başqa küçələrdəki mənzillərin və qeyri-yaşayış sahələrinin sahiblərinin qanunsuz söküntülərlə bağlı müraciətinə BŞİH Aparatının rəhbəri B.Fərəcbəyli tərəfindən göndərilən 07. 04. 2010-cu il tarixli cavab məktubunda H.Abutalıbovun yuxarıda göstərilən sərancamı ?unudularaq? söküntü işlərinin Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30. 08. 1989- cu il tarixli, 9/340 saylı qərarına əsasən həyata keçirildiyi qeyd olunur. Bu isə o deməkdir ki, BŞİH rəhbərliyi H.Abutalıbovun yuxarıda göstərilən qanunsuz və maxinasiya səciyyəli sərəncamının gündəmə gətirilməsindən yayınmaq üçün yeni və daha absurd bir ?fəndə? əl atıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti özünün qanunsuz hərəkətlərini ört-basdır etmək üçün tarixin zibilliyinə atılmış Sovet qayda-qanunları ilə işləməyə və keçmiş Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin varisi kimi çıxış etməyə başlamışdır. Bu isə milli müstəqil dövlətçiliyimizə zidd, antimilli bir hərəkətdir. Bu həm də o deməkdir ki, BŞİH dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsinə zidd olaraq Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin deyil, SSRİ-nin və Azərbaycan SSR-in varisi sayır. Bu həm də onun göstəricisidir ki, BŞİH dövlət və ictimai ehtiyaclar üçün əmlakın və torpağın satın alınması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mənzil Məcəlləsinin və Torpaq Məcəlləsinin müvafiq normativ hüquqi müddəaları ilə razılaşmır və yüzlərlə əmlak sahiblərinin hüquqlarını kobud şəkildə pozmaqla, yol verdiyi özbaşınalıqlarla da bunu sübut edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA