MMP ATƏT və AŞ-nin ofisləri qarzısında aksiya keçirəcək

img

09-04-2010 [05:19]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin növbəti yığıncağında parlament seçkiləri ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə edilib. MMP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yığıncaqda həmçinin ATƏT-in və Avropa Şurasının (AŞ) Bakı ofislərinin fəaliyyəti, eləcə də Azərbaycanda akkreditasiya olunmuş xarici dövlətlərin səfirliyinin bəzi işləri tənqid hədəfi kimi müzakirələrin əsas predmetinə çevrilib. Yığıncaq iştirakçıları bununla əlaqədar olaraq partiyanın bəyanatla çıxış etməsinin zəruriliyini yekdilliklə qəbul ediblər. Bəyanatda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus, həmçinin bir sıra beynəlxalq təşkilatların məsələlərdə ikili standartlarla hərəkət etməsi ölkədə demokratiya adı altında daha çox bir sıra siyasi qüvvələri özlərinin vassalına çevirməklə gizli niyyətlərini gerçəkləşdirmələri pislənib. ?Konkret olaraq elə son günlər ATƏT-in və Avropa Şurasının Bakı Ofisinin siyasi qüvvələr arasında ayrı-seçkilik aparmaqla dolayısı yolla Azərbaycanda yekdil rəyin formalaşmasına süni şəkildə sədlər yaratması və bu kontekstdə dərin bir uçurum yaratmaqla cəmiyyətin içindən aşınmasına stimul verirlər. Həmin təşkilatlar xüsusi çərçivə daxilində, siyasi müstəvidə bölgü sistemi aparmaqla Azərbaycan cəmiyyəti içərisində də təmsil etdikləri dövlətə nifrət formalaşdırır, dövlətlərarası münasibətlərin qəbul edilmiş norma və qaydalar əsasında tənzimlənməsi üçün bir əngəl yaradırlar. Müasir Müsavat Partiyası olaraq biz bütün bu səpgidən olan neqativ hallara dəfələrlə öz etirazımızı bildirmişik. Əfsuslar olsun ki, həmin qurumlar öz ənənələrini heç vaxt pozmayıblar. Bu gün də parlament seçkisinə aylar qalmış yenə də siyasi partiyalar arasında ayrı-seçkilik aparmaqla öz antidemokratik əməllərini sərgiləməkdədirlər. Halbuki həmin dövlətlər və onları təmsil edən təşkilatlar hər dəfə Azərbaycanda söz azadlığının olmamasını, insan haqlarının tapdalanmasını, seçkilərdə saxtakarlığın baş verdiyini bəyan edirlər. Dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin təşkilatlar müəyyən məsələlərin müzakirəsi ilə bağlı məsələlərdə Müasir Müsavata qarşı qərəzli mövqe sərgiləyirlər və müzakirələri özlərinin maraqlarına xidmət edən bir neçə siyasi partiyalarla aparırlar. Bu ikili siyasətləri və partiyalar arasında ayrı-seçkilik etmələri onların Azərbaycanda normal demokratik cəmiyyətin qurulmasında maraqlı olmadıqlarını bir daha sübut edir. ATƏT-in və Avropa Şurasının Bakı Ofisi məsələlərə həmişə Azərbaycanın dövlət maraqlarından deyil, ancaq öz marağı çərçivəsində yanaşdıqlarına görə MMP bunu qəti şəkildə pisləyir və bəyan edir ki, bu təşkilatların sərgilədikləri əməllərinə etiraz olaraq həmin təşkilatların Bakı ofisləri qarşısında davamlı etiraz aksiyaları keçirəcəklər? ? deyə, bəyanatda qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA