MBASK jurnalistlər arasında növbəti müsabiqə elan etdi

img

09-04-2010 [10:41]


MBASK sığorta şirkəti artıq yaranmış ənənəyə görə, jurnalistlər arasında sığorta haqqında ən yaxşı nəşr üzrə, ?Azərbaycanda sığorta mədəniyyəti? adlı üçüncü müsabiqənin keçirilməsinin başlanmasını elan edir. Şirkətdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqənin məqsədi KİV-də sığortalama problemlərinin daha tam və obyektiv işıqlandırılmasına yardım etmək, həmçinin sığorta xidmətlərini populyarlaşdırmaqdır. Müsabiqədə iştirak üçün çap və elektron KİV-də işləyən və sığorta sahəsində baş verən prosesləri işıqlandıran jurnalistlər dəvət olunurlar. Müsabiqəyə milli çap və elektron KİV-də 10 aprel 2010-cu ildən 10 iyun 2010-cu ilə qədər olan dövrdə istənilən üslub, ölçü və həcmdə nəşr olunan işlər qəbul olunur. Müsabiqəyə təqdim olunan materiallar cəmiyyəti sığorta biznesi sahəsindəki mövcud vəziyyət haqqında obyektiv olaraq məlumatlandırmalı, bu sahədəki aktual problemlərin aradan qaldırılmasına yardım etməli, oxucuları yeni sığorta məhsulları haqqında məlumatlandırmalıdır. Birinci yerin sahibi (1nəfər) 500AZN , ikinci yerin sahibi (2 nəfər) 250 AZN və üçüncü yerin sahibi (3) 100 AZN əldə edəcək. Əlavə mükafatların verilməsi də mümkündür. Müsabiqənin Ekspertlər Şurasına (münsiflər heyəti) sığorta sahəsinin nümayəndələri, jurnalistlər, dövlət orqanları nümayəndələri və müstəqil ekspertlər daxil olacaqlar. Müsabiqənin Təşkilat Komitəsi Müsabiqənin yekunu vurulduğu gündən etibarən iki həftə ərzində onun nəticələri haqqında kütləvi informasiya vasitələrini və Müsabiqə iştirakçılarını məlumatlandıracaq. Müsabiqənin laureatlarına mükafatlar təntənəli şəraitdə təqdim olunacaq. Yer haqqında Müsabiqə iştirakçıları əlavə olaraq məlumatlandırılacaqlar. Müsabiqədə iştrak etmək üçün çap olunmuş məqalələrini (və ya internet linkləri) [email protected], [email protected] ünvanlara göndərmək lazımdır. Müsabiqənin keçirilmə reqlamenti və orada iştirak qaydaları ilə daha ətraflı MBASK Sığorta Şirkətinin saytında www.mbask.az tanış olmaq olar. Əlaqə: Rəşid Rəsulov Tel: (+99412) 596 55 70 / 266 Mob: (+99450) 558 91 56 Faks: (+99412) 596 55 72 E-mail: [email protected]

Digər xəbərlər
SON XƏBƏRLƏR