Elmira Süleymanova Əflatun Amazova təbrik məktubu göndərib

img

01-05-2010 [02:50]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 3 May ? Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə Mətbuat Şurasının sədri Əflatun Amaşova təbrik məktubu ünvanlayıb. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, E.Süleymanova şura sədrini və Azərbaycanın kütləvi informasiya vasitələrində çalışan media nümayəndələrini jurnalistlərin həmrəyliyinin ifadəsi olan 3 may - Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə təbrik edib. Ombudsman məktubda informasiya mühitinin şəffaflığının təmin edilməsinin, hadisələrin aşkarlıq prizmasından işıqlandırılmasının olduqca vacib olduğunu bildirib: ?Bu gün cəmiyyət mətbuatdan, bütün KİV-dən daha çox obyektivlik, gerçək sözə hörmət, peşəkarlıq, qərəzsizlik, aktual problemlərə diqqət yetirilməsini gözləyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR