ATƏT-in Bakı ofisi Azərbaycanın siyasi qüvvələrini bir araya gətirdi

img

08-04-2010 [05:04]


ATƏT-in Bakı ofisi siyasi partiya və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə 2008-ci il prezident seçkisini izləmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının tövsiyələrinin icrasına həsr olunmuş Dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Müsavat, ?Azadlıq? bloku, Ümid, BAXCP, Ədalət, Ana Vətən, YAP və digər siyasi partiyaların rəhbərləri iştirak edib. Bundan əlavə, görüşə bir sıra QHT və ictimai təşkilatların nümayəndələri ilə qatılıb. Görüşdə ölkədəki ictimpi-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, sərbəst toplaqma azadlığı, ölkədəki demokratiyanın durumu və digər məsələlər müzakirə edilib. Müzakirə zamanı həm müxalifət, həm iqtidar, həm də ictimai təşkilatların nümayəndələrinin mövqeyi dinlənilib. Tədbirdə çıxış edən ATƏT-in Bakıdakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, seçki prosesinin təkmilləşdirilməsi və seçkilərin ölkənin qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə və demokratik seçkilərə dair beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən işlərdə ATƏT-in Bakı ofisi hakimiyyət, siyasi partiyalar və vətəndaş cəmiyyətinə kömək etməyə hazırdır. ?Qanunla bağlı olmasa belə, seçki prosesi ilə bağlı bəzi problemlər var. Bəzi narahatçılıqlar mövcuddur. Bu, əsasən seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlıdır. Bu baxımdan iqtidarla müxalifət arasında anlaşma olarsa, məsələ həll oluna bilər?, - deyə Əli Bilge Cankorel bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA