Namiq Qaraçuxurlu Oksanaya xəbərdarlıq etdi

img

08-04-2010 [01:56]


Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulovaya xəbərdarlıq edib. Meyxanaçı, rəqqasənin Day.Az saytına verdiyi müsahibəsində onun Aygün Kazımova ilə münasibətlərindən danışmasına etiraz edib: "Mən, ümumiyyətlə, Oksananın şərhləri sayəsində saqqız kimi uzanan bu mövzuya toxunmaq istəməzdim. Mən onu xəbərdar etmək istəyirəm ki, bir daha heç bir KİV-də mənim adımı hallandırmasın. Çünki, o danışdıqca heç kimə lazım olmayan söhbətlər uzandıqca uzanır. Düşünürəm ki, bu söhbətlərin onun özünə də bir xeyri yoxdur!" P.S Son zamanlar rəqqasə Oksana Rəsulova və Namiq Qaraçuxurlu arasında isti münasibətin olması deyilirdi. Söz-söhbətlərin yaranmasına onların Moskvadan təyyarə ilə birlikdə Bakıya uçması olub. Xəbər mətbuatda yayıldıqdan sonra hər iki tərəf təyyarədə təsadüfən rastlaşdığını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA