Aprelin 14-də Bakı zəhər icra Hakimiyyətinin binası qarzısında piket keçiriləcək

img

06-04-2010 [06:41]


Müsavat Partiyası piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aksiyanın aprelin 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilməsi nəzərdə tutulub. Aksiyada Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi, yürüşlər, mitinqlər, piketlər keçirmək üçün şəhərin mərkəzi küçə və meydanlarında, eyni zamanda rəsmi dövlət idarələrinin 200 metrlik radiusunda kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması tələb ediləcək. Piketin şüarları ?Vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilsin!?, ?Azərbaycan Konstitusiyasına və qanunlarına əməl edilsin!? olacaq. Piketdə 50 nəfərin iştirakı planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA