Azərbaycan Türkiyə Baz nazirinin ABŞ-da görüzlərində Dağlıq Qarabağın prioritet mövzu olacağına inanır

img

06-04-2010 [03:56]


Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəp Tayyıb Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet mövzu olacağına inanır. "Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz prinsipsiz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər". Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Həsənov deyib ki, bölgədə barışın yaranması Türkiyə - Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası, ümumiyyətlə, regionda normal əməkdaşlıq şəraitinin yaranması, ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya dəhlizlərinin bərpa olunmasından keçir. "Düşünürük ki, ABŞ və Türkiyənin orada iştirak edəcək Baş naziri bu məsələni gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər", - Prezident Administrasiyasının şöbə müdiri deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA