Əlibaba Məmmədovun 80 illik yubileyi ilə əlaqədar yaradıcılıq gecəsi keçiriləcək

img

05-04-2010 [05:51]


Aprelin 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq mahnılarının, muğam ifaçılığının inkişafında özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri, Xalq artisti Əlibaba Məmmədovun 80 illik yubileyi ilə əlaqədar sənətkarın yaradıcılıq gecəsi keçiriləcək. Nüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq gecədə xanəndənin yaradıcılıq yolundan bəhs olunacaq, tanınmış sənətçilərin ifasında mahnılar səslənəcək. Ötən əsrin ortalarından oxuduğu ?Humayun? təsnifi ilə şöhrət tapan Əlibaba Məmmədov muğamla müasir mahnılar arasında əlaqə yaradan xanəndələrdəndir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA